"İnter"in qapıçısı "Qarabağ"dan danışdı

"İnter"in qapıçısı "Qarabağ"dan danışdı
İtaliyanın “İnter” klubunun qapıçısı Xuan Pablo Karriso "Qarabağ"la oyundan danışıb. Fanat.az xəbər verir ki, qolkiper qələbənin vacibliyini vurğulayıb: 
"Qarabağ"la görüşdə qələbə qazanmaq bizim üçün vacib idi. Ancaq Avroliqa oyunundakı qələbə ilə “Kalyari”yə 1:4 hesablı məğlubiyyəti unutdura bilərdik və biz bunu bacardıq. Biz əlimizdən gələn hər şeyi etdik və çox xoşbəxtik. Düzdü, gözəl futbol göstərə bilmədik. Amma hazırda vacib olan 3 xal idi. Onu qazanmaq üçün oynadıq və bacardıq. Azarkeşlərin bizi tənqid etmək haqları var. Çünki bilet alıb, əziyyət çəkib oyuna baxmağa gəlirlər. Məncə, bu gün onları sevindirdik. İndi düşərgədə ab-hava əladı. Artıq rəhbərlik bizdən tələb etdiyini yerinə yetirib qələbə qazandıq. İndi onlar bizim arxamızda daha möhkəm durub dəstək verməlidirlər. İstəyirik ki, məhz birlikdə “Fiorentina”nı da məğlub edək”.
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər