"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki səfər oyunlarının saatı müəyyənləşib. Fanat.az xəbər verir ki, hər üç matç eyni saatda başlayacaq.
Belə ki, "İnter" (2 oktyabr), "Dnepr" (23 oktyabr) və "Sent-Etyen" (27 noyabr) matçları Bakı vaxtı ilə saat 00.05-də start götürəcək.
Avropa Liqasının əsasnaməsinə əsasən "Qarabağ"ın bu komandalarla ev oyunları Bakı vaxtı ilə saat 22.00-da başlamalıdı. Lakin UEFA hələlik bu qarşılaşmaların vaxtını açıqlamayıb. Avropa ilə saat fərqinə görə böyük ehtimalla həmin matçlar saat 21.00-da start götürəcək.
Qeyd edək ki, "Qarabağ" "Sent-Etyen"lə sentyabrın 18-də, "Dnepr"lə noyabrın 6-da, "İnter"lə dekabrın 11-də Bakıda qarşılaşacaq.
Fanat.az