"İnter" - "Qarabağ": bu dəfə kim güləcək?

"İnter" - "Qarabağ": bu dəfə kim güləcək?

Azərbaycan Kubokunun yarımfinal mərhələsinə start verilir. Fanat.az xəbər verir ki, final vəsiqə uğrunda yarışacaq "İnter"lə "Qarabağ" arasında ilk matçı "İnter Arena"da baş tutacaq.

Komandalar bundan əvvəl kubokda 3 dəfə rəqib olub. Ağdam və Bakı klublarının yolu ilk dəfə 2004/05 mövsümündə kəsişib. 1/8 final mərhələsindəki qarşılaşmaların qalibi "İnter" olub. İlk matçda 0:1 hesabı ilə yenilən "bankirlər" cavab görüşündə 2:0 hesablı qələbə qazanaraq 1/4 finala çıxıb.

"İnter"lə "Qarabağ"ın yolu növbəti dəfə 2007/08 mövsümündə - bu dəfə 1/4 finalda kəsişib. Yenə "bankirlər" güclü tərəf olub. İlk oyun 2:2 hesabı ilə başa çatıb, cavab qarşılaşmasında "İnter" gülən tərəf olub - 1:0.

Növbəti mövsümdə isə bu komandalar finalda üz-üzə gəlib. 2009-cu ilin 23 mayında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan matçda "Qarabağ" Vaqif Cavadovun 57-ci dəqiqədə vurduğu penalti qol ilə qələbəni bayram edib.

7 ildən sonra bu yarışda üz-üzə gələn komandalar ilk dəfə yarımfinalda münasibətlərini aydınlaşdıracaq. Əvvəlki oyunlara nəzər salsaq, “İnter” evdə quru hesablı qələbə qazanıb, “Qarabağ” isə öz meydanını qolsuz tərk etməyib.

2004/05

1/8 final

Qarabağ (Ağdam) - İnter (Bakı)

1:0, 0:2

2007/08

1/4 final

Qarabağ (Ağdam) - İnter (Bakı)

2:2, 0:1

2008/09

Final

İnter (Bakı) - Qarabağ (Ağdam)

0:1

Qeyd edək ki, "İnter" - "Qarabağ" oyunu aprelin 27-də "İnter Arena"da keçiriləcək və saat 16.00-da başlayacaq. Cavab oyunu bir həftə sonra "Azərsun Arena"da baş tutacaq.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər