"İnter" - "Qarabağ": 1714 günlük həsrətə son

"İnter" - "Qarabağ": 1714 günlük həsrətə son

“İnter” “Qarabağ”la oyunlardakı uğursuz seriyaya son qoyub. Fanat.az xəbər verir ki, Topaz Premyer Liqasının XXXV turunda 2:1 hesablı ev qələbəsi qazanan paytaxt təmsilçisi bunadək 18 oyun idi rəqibinə qalib gələ bilmirdi. 

2010-cu il sentyabrın 11-də öz meydanında 1:0 hesabı ilə qələbə qazanan “İnter” 2011/12, 2012/13 və 2013/14 mövsümlərində ağdamlıları məğlub edə bilməmişdi. Bu müddətdə 8 heç-heçə edən “İnter” 10 dəfə uduzmuşdu. 5 ilə yaxın qələbəyə həsrət qalan Kaxaber Tsxadadzenin yetirmələri 1714 gündən sonra “Qarabağ”a qalib gəlib.

Qeyd edək ki, Azərbaycan çempionatları tarixində eyni rəqiblə oyunlardakı ən uzun qələbə həsrəti MOİK-ə məxsusdur. Paytaxt təmsilçisi keçirdiyi bütün oyunlarda - ardıcıl 22 qarşılaşmada “Kəpəz”ə qalib gələ bilməyib.//pfl.az

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər