"İndi "Qarabağ" daha təcrübəli və güclüdü"

"İndi "Qarabağ" daha təcrübəli və güclüdü"
"Oyunun belə maraqlı alınacağını bilirdik. Bu gün bizi hər şey qane etdi. Rəqibin qol vəziyyətləri oldu. Amma biz yaxşı müdafiə olunduq. "Qarabağ"ın "Zalsburq"la oyununa baxmışdıq və bilirdik ki, çox çətin olacaq. Bugünkü oyunumuzu də məhz həmin qarşılaşmaya əsasən qurmuşduq". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyundan sonra "Tvente"nin baş məşqçisi Alfred Şroyder deyib.
Rəqib çalışdırıcı nəticədən razı qalıb: "Səfər oyunu üçün bu, yaxşı nəticədi. Amma etiraf edim ki, 0:0 çox təhlükəli hesabdı. Başa düşürük ki, cavab oyununda bizi çətinliklər gözləyir. Biz bu gün risk etmədik".
Şroyder 5 il əvvəl Bakıya Stiv Maklarenin köməkçisi kimi gəldiyindən, əvvəlki “Qarabağ”la indikini müqayisə edib: "Fərq var. Klubun büdcəsi artıb, yeni oyunçular alınıb. Komandanın yaxşı müdafiə xətti var. Onlara qarşı oynamaq çətindi. İndi "Qarabağ" daha təcrübəli və güclüdü".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər