"Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi"

"Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi"
"Qarabağ"da mövsümlərarası dönəmdə heyətində bir sıra islahatlar baş tutdu. Komanda bir neçə futbolçu ilə yollarını ayırarkən, eyni zamanda yeni futbolçuları da sıralarına qatdı. Bundan əlavə komandanın tibbi heyətində də dəyişiklik olub. Belə ki, tibbi personala yeni fizioterapevt-osteopatoloq daxil edilib. Osman Aydoğdu Belçikada vətəndaşı olan türkdü. 36 yaşlı mütəxəssis ixtisası üzrə Belçikada təhsil, Fransada dərəcə alıb, Avropada bir sıra təkmilləşdirmə kurslarında iştirak edib.
Futbol sahəsində "Standard" da (Belçika) fizioterapevt kimi işə başlayan Aydoğdu, Seneqal millisində, Fransanın aşağı yaş qruplarında, eyni zamanda fərdi osteopatoloq  kimi Mussa Sov, Demba Ba, Önder Turacı kimi futbolçularla çalışıb.
Ötən mövsüm isə "Trabzonspor"da eyni vəzifəni yerinə yetirən Osman Aydoğdu artıq "Qarabağ"da bu funksiyanı yerinə yetirəcək. Aydoğdu klubun rəsmi saytlna təəssüratlarını bölüşüb: "Qarabağ" kimi kluba gədiyimə görə xoşbəxtəm. Təbii ki, bu komandandan təklif alanda yetərincə araşdırma apardım. Hər kəs "Qarabağ"ın tam fərqli klub olduğunu söylədi. Təbii ki, "Qarabağ"ın daim iddialı olması, yüksək hədəfləri olması da xoş amildi. Bir neçə gündü burdayam. Çox səmimi və ailə mühiti olan komandadı. Sanki, neçə ildi burdayam. Avropada dünyaya göz açmışam. Son mövsüm "Trabzonsor"da çalışmağımı nəzərə almasaq demək olar ki, daim "köhnə qitə"də olmuşam. Azərbaycanı heç görmədim. Amma bir türk olaraq Azərbaycanın doğmalığını bilirəm. Bu hissləri artıq yaşayıram. Təbii ki, mənim məqsədim komandada mümkün olacaq zədələliləri minimum hala gətirməkdi. Bunun üçün sistemli çalışmaq çox önəmlidi. Bu sahə yeni olsa da, getdikcə idmanın xüsusilə futbolun ayrılmaz hissəsinə çevrilir. Bütün hədəflərimiz bu istiqamətdədi. Komandamızda bu sahənin inkişafı üçün hər şeyi edəcəm. Türkiyədə fizioterapevt yetişdirmə üzrə xüsusi seminarlar keçirirəm. İstərdim ki, Azərbaycanda çalışdığım müddətdə bu sahə üzrə bir neçə gənci yetişdirim. İnşallah, tərəfdaşlığımız hər 2 tərəf üçün xeyirli-uğurlu olar".
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər