7-8 aydı "Bakı"nı maliyy problemlərindən qurtara bilməyən Hafiz Məmmədov iki gün əvvəl qayıdaraq komanda üzvləri ilə görüş keçirib. Artıq klub sahibi çempionatda iştirakı təmin etmək üçün lazımı işləri görüb və "Bakı"nın Premyer Liqada çıxışını davam etdirəcəyi deyilir.
Bununla kifayətlənməyən Məmmədov "Qarabağ"la "Simurq"a müharibə də elan edib. Belə ki, bu klublar paytaxt təmsilçisinin 4 futbolçusunu heyətinə qatıb. "Qarabağ" Şəhriyar Əliyevlə Namiq Ələsgərovu, "Simurq" isə Vuqar Mustafayevlə Vadim Abdullayevi transfer edib.
Klub rəhbərliyinin fikrincə, "Bakı" futbol akademiyasının yetirmələri üçün bu klublar təzminant ödəməlidi. Həmin oyunçulara AFFA azad agent statusu verdiyindən, Məmmədov dolayı yolla AFFA-ya da savaş elan edib.
"Hafka"nın "yetirmələrimiz" dediyi futbolçular üçün tələb etdiyi məbləğ də bəllidi. O, hər bir futbolçu üçün 500 min manat istəyir. Bu məbləğ ödənməsə, "Bakı" FIFA-ya üz tutacaq.
Fanat.az