"Əminik ki, cavab matçında qələbə qazanacağıq" - Merino PSJ-yə meydan oxudu

"Əminik ki, cavab matçında qələbə qazanacağıq" - Merino PSJ-yə meydan oxudu

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda öz meydanında PSJ-yə 0:1 hesabı ilə uduzan "Arsenal"ın yarımmüdafiəçisi Mikel Merino oyundan sonra fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "topçular"ın rəsmi saytı belə çatdırıb:

"Ağır oyun oldu. İlk 10-15 dəqiqədə ola bilsin ki, lazım olan səviyyədə oynamadıq, amma qol buraxandan sonra özümüzü yaxşı tərəfdən göstərə bildik. Həm fərdi keyfiyyətlərimizi nümayiş etdirdik, həm də komanda şəklində öz xarakterimizi ortaya qoyduq. Demək olar ki, qalan dəqiqələrdə üstün futbol sərgilədik. Bilirik ki, həqiqətən çox yaxşı komandayıq. Əminik ki, cavab matçında qələbə qazanacağıq. Parisə yollanacağımız anı səbirsizliklə gözləyirik".

Xatırladaq ki, tərəflərin cavab qarşılaşması mayın 7-də keçiriləcək. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər