"Düzü, mən meydanda yalnız bir komanda gördüm" - PSJ-nin yarımmüdafiəçisi

"Düzü, mən meydanda yalnız bir komanda gördüm" - PSJ-nin yarımmüdafiəçisi

Dünən Macarıstanın paytaxtı Budapeştdə baş tutan final oyununda "Arsenal"ı üstələyərək (1:1, penaltilər - 4:3) ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olan PSJ-nin yarımmüdafiəçisi Joau Neveş matçın ardından rəqibdən çox üstün oynadıqlarını bildirib.

Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano onun sözlərini şəxsi "X" hesabı üzərindən belə çatdırıb:

"Düzü, mən meydanda yalnız bir komanda gördüm".

Həlledici qarşılaşmanı almaniyalı hakim Daniel Zibert idarə edib. Kay Haverts 6-cı dəqiqədə parislilərin qapısına yol tapıbsa, Usman Dembele hesabı 65-ci dəqiqədə penaltidən bərabərləşdirib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər