"Düdelanj"ın baş məşqçisi: "Qarabağ" mərhələ adlasa..."

"Düdelanj"ın baş məşqçisi: "Qarabağ" mərhələ adlasa..."

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" matçı ağdamlıların 2:0 hesablı qələbəsi ilə başa çatdı. Sport7.az xəbər verir ki, qarşılaşmadan sonra Lüksemburq təmsilçisinin baş məşqçisi Dino Topmöller oyunla bağlı fikirlərini açıqlayıb.

- "Gözlədiyimiz kimi çətin oyun oldu. Rəqib bizi təzyiq altında saxladı. İkinci hissədə rəqibə qol imkanı vermədik. Heç də pis təsir bağışlamadıəq".

- Bu idi Lüksemburq çempionu?

- Düzdü, futbolda pul önəm daşımır. Texnikalı oyunçu yaxşı maliyyə müqabilində komandaya cəlb olunur. Biz də rəqibə bu baxımdan uduzduq. Ancaq başımız dikdi. Futbolçularım və komandamın oyunundan razıyam.

- Ötən gün keçirilən mətbuat konfransında vətənə sərfəli nəticə ilə qayıtmaq istədiyini demişdiz. 0:2 hesablı məğlubiyyət sizi qane edirmi?

- Futbolda hər nəticə qeydə alına bilər. Biz cavab matçına daha yaxşı hazırlaşacağıq. "Qarabağ" növbəti mərhələyə adlasa, onlara uğurlar arzulayacağıq.

- "Qarabağ" 2:0 top fərqi ilə öndə olduqdan sonra hücuma atılmadılar. Bu, sizi təəccübləndirmədi?

- Fikrimcə, nəticə rəqibə sərf etdiyi üçün belə bir addım atdı. Buna baxmayaraq, yenə qol imkanları axtarırdılar. Oyuna görə hər iki komandanı alqışlamaq olar.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər