"Dinamo"nu "Qarabağ"la oyunda neçə azarkeş dəstəkləyəcək?

"Dinamo"nu "Qarabağ"la oyunda neçə azarkeş dəstəkləyəcək?

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo" (Zaqreb) Bakıda azarkeşsiz qalmayacaq.

Ağdam təmsilçisinin sözçüsü Anar Hacıyevin Fanat.Az-a verdiyi məlumata görə, hazırda Xorvatiya komandasını Bakıda təxminən 200 azarkeş dətsəkləyəcəyi dəqiqdirsə, bu sayın sonradan artmaq ehtimalı da var. 

Zaqreb klubunun tərəfdarları Tofiq Bəhramov adına Respublika stadionunda 28-ci sektorda yer alacaqlar.

"Dinamo" özü ilə ölkəmizə jurnalist gətirməyəcək. 

Qeyd edək ki, avqustun 20-də Zaqrebdəki "Maksimir" stadionunda baş tutan "Dinamo" - "Qarabağ" matçı meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Tərəflər arasında cavab görüşü avqustun 28-də, saat 20:45-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər