Misli Premyer Liqasının debütantı "Şəfa" çempionatın ilk 6 turunda 3 xal qazanıb və hazırda turnir cədvəlinin 10-cu pilləsində mövqe tutub. Bakı təmsilçisinin müdafiəçisi Nihad Quliyevlə əlaqə saxlayıb bu nəticəni qənətbəxş sayıb-saymadığını soruşduq. Onun Fanat.Az -a açıqlaması belə oldu: "Məncə, daha yaxşısını edə bilərdik. Çempionat uzun marafondur. Nəzərə alaq ki, 6 oyunun dördünü Premyer Liqanın iddialılarına qarşı keçirmişik". "Hepardlar" milli komandaların oyunları ilə əlaqədar yaranan 2 həftəlik fasilə başa çatandan sonra "SOCAR Polymer Arena"da "Turan Tovuz"u qəbul edəcəklər. Nihad bu matç barədə də gözləntilərini dilə gətirdi: "Turan Tovuz" iddialı komandadır. Avrokuboklar uğrunda mübarizə aparan rəqiblə qarşılaşacağıq. Meydana qələbə üçün çıxacağıq. Əlbəttə, bu görüşdə 1 xal da bizim üçün yaxşı nəticə sayılacaq". Nihat
"Daha yaxşısını edə bilərdik" - "Şəfa"nın müdafiəçisi "Turan Tovuz"la oyundan nə gözləyir?
TREND
Tv Afişa
09:00
22.11.2026
Günün oyunları bu kanallarda - AFİŞA
Futbol
09:48
16.11.2026
Millətlər Liqası: Almaniya Niderlanda qarşı, Cəbəllütariqdə millimiz üçün önəmli oyun
Milli
00:37
20.11.2026
"Bursaspor" Toralı niyə göndərmək istəmir? - Səbəb bəlli oldu
Azərbaycan futbolu
23:26
20.11.2026
Valdas Dambrauskas darmadağını belə şərh etdi
Oxşar xəbərlər
Azərbaycan futbolu
21:48
22.11.2026
“İmişli”nin baş məşqçisi təyin edildi
Azərbaycan futbolu
20:33
22.11.2026
"Özümüzü Avropa stadionunda hiss edirdik" - Qurban Qurbanov
Azərbaycan futbolu
20:11
22.11.2026
"Görüşün ədalətli nəticəsi heç-heçə idi" - Azər Məmmədov
Azərbaycan futbolu
18:57
22.11.2026
MPL: "Neftçi"dən inamlı qələbə, Gəncədə qol səsi çıxmadı