"Ümid edirəm ki, nəhayət bu oyunda qələbə qazanacağıq və qrupda ilk dəfə 3 xala sevinəcəyik. Azarkeşlərin də bu yolda bizə kömək edəcəyinə əminəm. Stadionda atmosfer baxımından hər şeyin qaydasında olacağını gözləyirəm". Fanat.az xəbər verir ki, bu sözləri "Qarabağ"la oyunla bağlı danışan "Sent-Etyen"in futbolçusu Loik Perren deyib.
Fransız futbolçu qələbə üçün oyuna yaxşı başlamağın vacib olduğunu bildirib: "Yaxşı nəticə qazanmaq üçün oyuna ilk dəqiqələrdən yaxşı start verməliyik. Düzdü, qarşıda bizi vacib çempionat oyunu da gözləyir. Amma hələlik, bütün diqqətimiz "Qarabağ"la görüşə yönəlib".
Fanat.az