Son günlər sosial şəbəkədə "Qarabağ"ın futbolçusu Reynaldonun yenidən "Bursaspor"un maraq dairəsinə düşdüyü qeyd edilir. Bu barədə Türkiyənin "NTV Spor" telekanalının iddia irəli sürdüyü bildirilir. Hətta "timsahlar"ın braziliyalı futbolçuya görə 4 milyon avro irəli sürdüyü iddia edilir.
Xatırladaq ki, 2014/15 mövsümündə "Bursaspor"u çalışdırdığı müddətdə Şenol Günəşin də Reynaldo ilə maraqlandığı deyilirdi. Bu üzdən yenidən bu iddianın ortaya atılması tam başa düşüləndi.
Qaynarinfo.az "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla əlaqə saxlayıb. O bu məsələdən xəbərsiz olduğunu bildirib: "Açığı, bu haqda ilk dəfə sizdən eşidirəm. İndicə klubdan maraqlandım. Bizə bu barədə heç bir faks gəlməyib".
Fanat.az