"Qarabağ"la oyunun çətin olacağı hər kəsə bəllidi. Bu oyunda qələbə hər iki tərəf üçün vacibdi. Qalib gəlsək, çempionluq şansımız artacaq". Fanat.az xəbər verir ki, bu sözləri "İnter"in qapıçısı Səlahət Ağayev deyib.
"İnter" Premyer Liqanın XXXIII turunda "Qarabağ"la qarşılaşacaq. Ardıcıl 7 oyunda qələbə qazanan "bankirlər" son 3 turda 3 xala həsrət qalan ağdamlılarla oyunda da iddialıdı. "Qarabağ" bu oyunda qələbə qazansa, çempionluğunu elan edəcək. "İnter" isə qələbəni bayram etməklə xal fərqini 3-ə endirəcək.
Qolkiper "Qarabağ"la oyunlardakı uğursuz seriyaya son qoymaq istədiklərini bildirib: "Bu mövsüm hər üç oyunda "Qarabağ"a uduzmuşuq. Ancaq indi komandamız daha güclüdü. Bu dəfə məğlub olmaq fikrimiz yoxdu. Dörd ildi komandamızın "Qarabağ"a qalib gələ bilməməsinin səbəbini dəqiq deyə bilmərəm. Çalışacağıq ki, bu sindromu aradan qaldıraq".
Fanat.az