"Biz "Qarabağ"ın Çempionlar Liqasında oynadığı barədə düşünməməliyik" - Mehdi Cənnətov

"Biz "Qarabağ"ın Çempionlar Liqasında oynadığı barədə düşünməməliyik" - Mehdi Cənnətov

Misli Premyer Liqasının ilk turunda serbiyalı mütəxəssis Saşa İliçın çalışdırdığı "Sumqayıt" öz meydanında "Kəpəz"i 3:0 hesabı ilə darmadağın etdi. "Kimyaçılar"ın qapıçısı Mehdi Cənnətovla əlaqə saxlayıb ona bir neçə sual ünvanladıq.

 Azərbaycan millisinin qolkiperinin Fanat.Az-a müsahibəsi belə alındı:

- Mövsümün ilk oyunu barədə nə deyə bilərsən? - Sumqayıt şəhərini təbrik edirəm. Hər matçda bütün gücümüzü meydanda qoymağa hazırıq. - "Kəpəz" üzərində 3:0 hesablı qələbə hədəflərinizin böyüməsinə yol aça bilərmi? - Qarşımızda çətinliklərlə dolu yol var. Biz öz adımızdan yalnız onu deyə bilərik ki, hər oyunda 100 faiz gücümüzü meydanda qoyacaq və azarkeşlərimizi sevindirməyə davam edəcəyik. - Sirr deyilsə, baş məşqçiniz Saşa İliç oyundan sonra sizə nə dedi? - Paltərdəyişmə otağında baş verən hər şey orada da qalır. Açıqlamaq düzgün olmaz. - Yaxşı, indiki baş məşqçinin futbol fəlsəfəsi əvvəlkilərinkindən nə ilə fərqlənir? - Fəlsəfənin becə olduğunu oyunumuzla göstərməliyik. Qapıçıların adından onu deyə bilərəm ki, biz inkişafdayıq. - Növbəti çempionat matçını "Qarabağ"a qarşı keçirəcəksiniz. Rəqibin Çempionlar Liqasında mübarizə apardığını, "Sumqayıt"la oyunda bütün gücünü meydanda qoymayacağını nəzərə alsaq, vəziyyətdən faydalanaraq onlara qalib gəlmək mümkündürmü? - Biz "Qarabağ"ın Çempionlar Liqasında oynadığı barədə düşünməməliyik. Öz oyunumuza köklənməli, xal və ya xallar qazanmağa çalışmalıyıq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər