"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

"Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə..." - Leon Qoretska

ABŞ-də təşkil edilən klublararası dünya çempionatının 1/4 finalında PSJ ilə qarşılaşacaq "Bayern Münhen"in yarımmüdafiəçisi Leon Qoretska oyun barədə  fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı belə çatdırıb: 

"Onlar Çempionlar Liqasının son qalibləridir. Əminəm ki, çox amansız qarşılaşma olacaq. Biz bu mövsüm PSJ-ni artıq bir dəfə yenmişiksə, qarşıdakı matça da özünəinamla yanaşa bilərik. Amma rəqibin Çempionlar Liqasındakı qələbədən sonra müəyyən bir oyun ritmi də var. PSJ 1/8 finalda çox inamlı qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu, əla oyun olacaq".

Xatırladaq ki, 1/8 finalda "Bayern" "Flamenqo"nu (4:2), PSJ "İnter Mayami"ni (4:0) üstələyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər