"Bir saniyə də tərəddüd etmədim" - Joze Mourinyu "Benfika"ya can atır

"Bir saniyə də tərəddüd etmədim" - Joze Mourinyu "Benfika"ya can atır

Tanınmış portuqaliyalı mütəxəssis Joze Mourinyu Çempionlar Liqasında "Qarabağ"dan alınan məğlubiyyətdən (2:3) sonra baş məşqçi Brunu Lajeni istefaya göndərən "Benfika"nın "sükanı arxası"na keçməyə hazır olduğunu bildirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini ESPN belə çatdırıb:

"Onlar məndən "Benfika"nın baş məşqçisi olmaq variantına necə yanaşdığımı soruşdular. Portuqaliyada olmadığımı, qayıdandan sonra klubun nümayəndələri ilə danışmaq istədiyimi bildirdim. Benfika"nı çalışdırmaq təklifi alan zaman bir saniyə də tərəddüd etmədim. Yəni bu məni maraqlandıran çağırışdır".

Xatırladaq ki, Mourinyu son olaraq "Fənərbağça"ya rəhbərlik edib. O, Türkiyə təmsilçisinin Çempionlar Liqasının pley-off mərhələsində məhz "Benfika"ya yenilərək mübarizəni dayandırmasının ardından istefaya göndərilib.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər