"Benfika"nın yetirməsi "Turan Tovuz"da!

"Benfika"nın yetirməsi "Turan Tovuz"da!

"Turan Tovuz" yeni transfer reallaşdırıb. 

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kabo-Verde millisinin üzvü David Oliveyra Tavareş ilə 3 illik müqavilə imzalanıb. 

“Benfika”nın yetirməsi olan yarımmüdafiəçi son olaraq Rumıniya təmsilçisi “Buzau”nun formasını geyinib. 

26 yaşlı futbolçu Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandaları ilə yanaşı,  “Moreyrense”, “Torreense” və “Familikao” klublarının şərəfini  qoruyub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər