"Bakı" "Qarabağ"la oyuna çıxacaq? - açıqlama

"Bakı" "Qarabağ"la oyuna çıxacaq? - açıqlama

Topaz Premyer Liqasının növbəti turunda "Qarabağ"la qarşılaşacaq olan "Bakı" klubunun matça çıxmayacağı ilə bağlı söz-söhbət dolaşır. Futbolçular maaş verilmədiyi üçün "Qarabağ"la görüşə çıxmamaq qərarına gəliblər. Oyuna isə bir gün qalıb. 

Publika.az klubun düşərgəsindəki vəziyyəti öyrənmək üçün "Bakı"nın icraçı direktoru Yaşar Seyidovla əlaqə saxlayıb. Klub rəsmisi istənilən halda bu oyunun baş tutacağını bildirib: "İstənilən halda futbolçular oyuna çıxmalıdılar. Mən dünən də onlarla söhbət edib başa saldım ki, peşəkar futbolçu meydana çıxıb oynamalıdı. Problemlər də klub rəhbərliyinin problemləridi. Bunun həll olunmasına çalışırlar. Akademiyamızın futbolçularından 2-3 nəfər transferlərini yekunlaşdırıb, yerdə qalanlar isə yenə futbolsuz qala bilər. Ona görə futbolçu həmişə oynamalıdı. Bir sözlə narahatçılığa dəyməz, bütün hallarda bu oyun baş tutacaq. Düzdü, komandada bir az əhval-ruhiyyə yaxşı deyil. Bizi də narahat edən budu".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər