"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

"Ayaks"ın 55 milyonluq ulduzu PSJ-yə keçir

Fransa nəhəngi PSJ transfer pəncərəsinin ən diqqətçəkən addımlarından birini atmağa hazırlaşır.

Fanat.Az məşhur insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Paris klubu "Ayaks"ın 21 yaşlı belçikalı vingeri Mika Qodtsun keçidi ilə bağlı niderlandlılarla şifahi razılıq əldə edib.

PSJ-nin təqdim etdiyi son rəsmi təklifdən sonra klublar ümumilikdə 55 milyon avroluq paket müqavilə üzərində anlaşıblar.

Hələlik tərəflər arasında rəsmi sənədləşmə işləri yekunlaşmasa da, keçid üzrə prinsipial razılıq əldə olunub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər