"Atletik" - "Qarabağ" oyunu xorvatiyalı hakimə tapşırıldı

"Atletik" - "Qarabağ" oyunu xorvatiyalı hakimə tapşırıldı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 3-cü turu çərçivəsində keçiriləcək "Atletik" (İspaniya)  - "Qarabağ" matçının təyinatları açıqlanıb.

Fanat.Az-ın məlumatına görə, oyun Xorvatiyadan olan hakimlər briqadasına tapşırılıb.

Görüşün baş hakimi İqor Payats olacaq. Ona Boyan Zobenitsa və İvan Mihali yardım edəcəklər. Dördüncü hakim funksiyasını Zdenko Lovriç yerinə yetirəcək.

VAR-da İvan Bebek, AVAR-da isveçrəli Fedayi San əyləşəcək.

Qeyd edək ki, "Atletik" - "Qarabağ" qarşılaşması oktyabrın 22-də keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə saat 20:45-də səsləndiriləcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər