"Atletiko" qrupda qaldı, PSJ və "Botafoqo" növbəti mərhələdə

"Atletiko" qrupda qaldı, PSJ və "Botafoqo" növbəti mərhələdə

ABŞ-də keçirilən klublararası dünya çempionatı davam edir.

Fanat.Az xəbər verir ki, bu gün qrup mərhələsinin 3-cü turu start götürüb.

"Atletiko Madrid" Braziliya təmsilçisi "Botafoqo"nu 1:0 hesabı ilə yenərək xallarının sayını 6-ya çatdırıb. İspaniya təmsilçisinin yeganə qolunu 87-ci dəqiqədə fransalı forvard Antuan Qrizmann vurub.

PSJ isə ABŞ təmsilçisi "Sietl Saunders"in sürpriz etməsinə imkan verməyib - 2:0. Parislilərin heyətində Xviça Kvaratsxeliya (35) və Əşrəf Hakimi (67) fərqləniblər.

Beləliklə, B qrupunda PSJ və “Botafoqo” hərəyə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıblar. Eyni xala malik "Atletiko" qrupda qalıbsa, bütün oyunları uduzan "Sietl Saunders" sonuncu olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər