"Arsenal"ın yetirməsi 2 yaşlı uşağı döydüyünə görə həbs olundu

"Arsenal"ın yetirməsi 2 yaşlı uşağı döydüyünə görə həbs olundu

London "Arsenal"ının akademiyasında 7 il futbolla məşğul olmuş Kirnan Hyuz-Meyson 14 il müddətinə həbs edilib.

Fanat.Az xəbər verir ki, oyunçuya Bezildon Kral Məhkəməsində hökm oxunub.

O, 2020-ci ildə sevgilisinin 2 yaşlı qızını döydüyü və uşağa ağır bədən xəsarətləri yetirdiyi üçün dəmir barmaqlıqlar arasına göndərilib.

Hadisə 2020-ci ildə baş verib. Kirnan təcili yardıma zəng vuraraq uşağı huşsuz halda tapdığını bildirib. Lakin sonradan aparılan araşdırmalar cinayəti məhz futboluçunun törətdiyini üzə çıxarıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər