"Arsenal"ın yarımmüdafiəçisi Türkiyə nəhənginə keçməyə yaxındır

"Arsenal"ın yarımmüdafiəçisi Türkiyə nəhənginə keçməyə yaxındır

"Arsenal"ın qanalı yarımmüdafiəçisi Tomas Partey karyerasını İstanbul nəhəngində davam etdirə bilər.

Fanat.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun xidmətində "Beşiktaş" maraqlıdır.

"Qara qartallar"ın 31 yaşlı Toması yanvarda sıralarına cəlb etməyi hədəflədiyi bildirilib.

Qeyd edək ki, sözügedən oyunçunun "topçular"la müqaviləsinin müddəti gələn ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm "Arsenal"ın heyətində 8 oyuna çıxan Partey 1 qolla yadda qalıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər