"Arsenal"ın yarımmüdafiəçisi İspaniya nəhənginə keçə bilər

"Arsenal"ın yarımmüdafiəçisi İspaniya nəhənginə keçə bilər

"Arsenal"ın dayaq yarımmüdafiəçisi Tomas Parti karyerasını İspaniya nənəngində davam etdirə bilər.

Fanat.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, onun xidmətində "Barselona" maraqlıdır.

Məlumata görə, "blauqrana" onu gələn yay azad agent statusu ilə heyətinə qatmağa çalışacaq. 

Parti "Arsenal"a 2020-ci ilin payızında "Atletiko Madrid"dən keçib. O, cari mövsüm 25 matça çıxaraq 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı 31 yaşlı Tomasın transfer qiymətini 15 milyon avro ilə qiymətləndirir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər