"Arsenal"ın ukraynalısını iki İtaliya klubu istəyir

"Arsenal"ın ukraynalısını iki İtaliya klubu istəyir

"Arsenal"ın futbolçusu Aleksandr Zinçenko karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Fanat.Az xəbər verir ki, informasiyanı "La Lazio Siamo Noi" yayıb.

Məlumata görə, 28 yaşlı ukraynalının xidmətində "Latsio" və "Milan" maraqlıdır. Mənbə "topçular"ın Zinçenkonu 5 milyon avroya satmağa hazır olduqlarını vurğulayıb. "Arsenal"da hər mövsüm üçün 5 milyon avroya yaxın maaş alan arxa xətt oyunçusunun əməkhaqqı məsələsində italyanlara güzəşt etmək məcburiyyətində qalacağı da diqqətə çatdırılıb.

Xatırladaq ki, son mövsümdə İngiltərə Premyer Liqasında 15 matça çıxan Zinçenko 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər