"Arsenal"ın ÇL oyunu azərbaycanlı hakimə tapşırıldı

"Arsenal"ın ÇL oyunu azərbaycanlı hakimə tapşırıldı

Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan təyinat alıb.

Fanat.Az-ın məlumatına görə, o, Çexiyada yerli "Slaviya" və İngiltərənin "Arsenal" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununu idarə edəcək.

Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri olacaq, Elçin Məsiyev dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Qeyd edək ki, "Slaviya" - "Arsenal" matçı noyabrın 4-də baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər