"Arsenal"ın kapitanı zədələndi

"Arsenal"ın kapitanı zədələndi

"Arsenal"ın norveçli yarımmüdafiəçisi Martin Edeqor formasının geyindiyi yığmanın Millətlər Liqasının 2-ci turunda Avstriyaya qarşı keçirdiyi oyunda zədələnib.

Fanat.Az xəbər verir ki, matçın 67-ci dəqiqəsində topuğu burxulan 25 yaşlı oyunçu meydanı tərk etmək məcburiyyətində qalıb.

Onu Kristian Torstvedt əvəzləyib. Martinin zədəsinin nə dərəcədə ciddi olduğu, onun hansı müddətdən sonra sıraya dönəcəyi indilik bilinmir.

Xatırladaq ki, Norveç - Avstriya qarşılaşması meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər