"Arsenal"ın 17 yaşlı futbolçusu ən yaxşı oyunçu seçildi

"Arsenal"ın 17 yaşlı futbolçusu ən yaxşı oyunçu seçildi

"Arsenal"ın 17 yaşlı yarımmüdafiəçisi İtan Nvaneri fevral ayında komandanın ən yaxşı oyunçusu olub.

Fanat.Az "topçular"ın saytına istinadən xəbər verir ki, o, 54 faiz səslə Qabriel Maqalyans, Mikel Merino və Yurrien Timberi qabaqlayıb.

İtan ötən ay London komandasında 4 matça çıxıb. Bunlardan 3-ü Premyer Liqa, 1-i isə İngiltərə Liqa Kuboku çərçivəsində baş tutub. Gənc futbolçu çempionatın 24-cü turunda "Mançester Siti"yə qol vurubsa (5:1), 25-ci turda "Lester"ə qarşı görüşdə (2:0) məhsuldar ötürmə ilə yadda qalıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər