"Arsenal"a qol vura bilən tapılacaqmı?

"Arsenal"a qol vura bilən tapılacaqmı?

İngiltərə Premyer Liqasının (İPL) 9-cu turunda öz meydanında "Kristal Pelas"ı 1:0 hesabı ilə məğlub edən "Arsenal" bütün turnirlərdə ardıcıl 5-ci "quru" qələbəsini qazanıb.

Fanat.Az-ın məlumatına görə, "topçular" uğurlu seriyaya oktyabrın 1-də "Olimpiakos"u UEFA Çempionlar Liqasında (ÇL) 2 cavabsız qolla yenərək start veriblər.

Ardından Mikel Artetanın komandası İPL-də "Vest Hem"i (2:0) və "Fulhem"i (1:0) üstələyib. Daha sonra "topçular" Londonda baş tutan ÇL matçında "Atletiko Madrid"i darmadağın ediblər - 4:0.

Xatırladaq ki, 22 xalla İPL-in turnir cədvəlinə başçılıq edən "Arsenal" növbəti oyununu İngiltərə Liqa Kubokunun 4-cü raundunda "Brayton"a qarşı keçirəcək.

Nihat 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər