"Arsenal" ulduz futbolçu ilə razılıq əldə etdi

"Arsenal" ulduz futbolçu ilə razılıq əldə etdi

İngiltərə Premyer Liqasında mübarizə aparan "Arsenal" İtaliya A Seriyasından böyük transfer bombası partlatmağa çox yaxındır.

Fanat.Az xəbər verir ki, London təmsilçisi "Roma"nın 25 yaşlı fransalı yarımmüdafiəçisi Manu Kone ilə şəxsi şərtlərdə tam razılığa gəlib.

"La Gazzetta dello Sport"un yaydığı eksklüziv məlumata görə, "topçular" hazırda transferin maliyyə detallarını həll etmək üçün İtaliya klubu ilə rəsmi danışıqlar aparır.

İtalyanlar ulduz oyunçunun keçidi üçün "Arsenal"dan rəsmən 50 milyon avro tələb edirlər. London klubunun hələlik bu məbləği tam qarşılamadığı, lakin transferi qısa müddətdə bitirmək üçün rəsmi təklifi yeniləyəcəyi bildirilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər