"Arsenal" üç ulduzu ilə müqaviləni yeniləyir

"Arsenal" üç ulduzu ilə müqaviləni yeniləyir

"Arsenal" komandanın bel sütununu təşkil edən əsas ulduzlarını uzunmüddətli layihədə saxlamaq üçün hərəkətə keçib.

Fanat.Az "TEAMtalk" portalına istinadən xəbər verir ki, London təmsilçisi Martin Ödeqor, Deklan Rays və Yurrien Timberlə yeni müqavilələrin şərtlərini razılaşdırmaqda ciddi irəliləyişə nail olub.

Klub rəhbərliyi bu üç xüsusi oyunçunun gələcəyini tam sığortalayaraq rəqiblərin transfer iddialarının qarşısını almaq niyyətindədir.

Danışıqlar müsbət məcrada davam edir və yaxın vaxtlarda rəsmi imzaların atılacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər