"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

"Arsenal" Rodriqo transferi üçün hərəkətə keçdi

Londonun "Arsenal" klubu "Real Madrid"in hücumçusu Rodriqoya olan marağını yenidən bərpa edib.

Fanat.Az "TEAMtalk"a istinadən xəbər verir ki, "topçular" braziliyalı futbolçunun nümayəndələri ilə təmasları intensivləşdirib.

London təmsilçisi zədəsindən sonra bərpa prosesi keçən 25 yaşlı vingerin fiziki vəziyyətini diqqətlə izləyir. "Kral klubu" ilə müqaviləsi 2028-ci ilə qədər olan oyunçunun komandadakı gələcəyi sual altına düşüb.

Bu vəziyyətdən yararlanmaq istəyən "Arsenal" artıq yanvar transfer pəncərəsində ulduz futbolçunu Şimali Londona gətirmək üçün rəsmi cəhd edə bilər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər