"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

"Arsenal" Qabriel Jesus üçün qiyməti endirdi

"Arsenal" heyətində təmizləmə işlərinə başlayaraq braziliyalı hücumçu Qabriel Jesusla yolları ayırmağa qərar verib.

Fanat.Az xəbər verir ki, London klubu 29 yaşlı forvard üçün istədiyi transfer məbləğini 20-25 milyon funt-sterlinq aralığına qədər endirib.

Hücum xəttini gücləndirmək istəyən "Everton" klubunun uzun müddətdir Jesusla maraqlandığı və bu qiymət endirimindən sonra rəsmi danışıqlara başlamağa hazırlaşdığı qeyd olunur.

Futbolçunun karyerasını harada davam etdirəcəyi yaxın günlərdə müəyyənləşəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər