"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

"Arsenal" PSJ-nin gənc müdafiəçisi üçün hərəkətə keçdi

İngiltərənin "Arsenal" klubu PSJ-nin yüksək qiymətləndirilən gənc müdafiəçisi Emmanuel Mbembanı heyətinə qatmaq istəyir.

Fanat.Az xəbər verir ki, London təmsilçisi bu yay müqaviləsi başa çatan 18 yaşlı futbolçunu azad agent kimi transfer etməyi planlaşdırır.

Həm sol, həm də mərkəz müdafiəçisi kimi çıxış edə bilən oyunçu üçün klubun təxminən 150 min funt-sterlinqdən bir az çox təzminat ödəməsi gözlənilir.

PSJ futbolçuya yeni müqavilə təklif etsə də, gənc istedad Premyer Liqanın nəhəng klubuna qoşulmaq variantına isti baxır.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər