"Arsenal" Niderland millisinin yarımmüdafiəçisini istəyir

"Arsenal" Niderland millisinin yarımmüdafiəçisini istəyir

"Arsenal" yeni yarımmüdafiəçi transfer etməyə hazırlaşır.

Fanat.Az xəbər verir ki, informasiyanı "Caught Offside" yayıb.

Məlumata görə, London təmsilçisi "Feyenoord"un və Niderland millisinin futbolçusu Kvinten Timberi sıralarına cəlb etmək niyyətindədir. Mənbə "topçular"ın Rotterdam klubu ilə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq 24 yaşlı oyunçunu azad agent qismində heyətinə qatmaq istədiyini vurğulayıb.

Qeyd edək ki, Kvintenin əkiz qardaşı Yurrien Timber hazırda "Arsenal"ın uğurları üçün çalışır.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər