"Arsenal"ın kapitanı Martin Edeqor sıradan çıxıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, norveçli yarımmüdafiəçi “Vest Hem”lə son çempionat oyununda xəsarət alıb.
Ona diz oynağının iç yan bağının zədələnməsi diaqnozu qoyulub.
Edeqorun noyabrın sonunadək yaşıl meydanlarda gözə dəyməyəcəyi bildirilir.
Bu isə o deməkdir ki, skandinaviyalı oyunçu “Fulham”, “Kristal Pelas”, “Brayton” və “Börnli” ilə Premyer Liqa oyunlarında, həmçinin “Atletiko Madrid” və “Slavia Praqa” ilə Çempionlar Liqası matçlarında, eləcə də “Sanderlend” ilə Liqa Kuboku qarşılaşmasında komandasına kömək etməyəcək.