"Arsenal" İspaniya millisinin üzvü ilə gücləndi

"Arsenal" İspaniya millisinin üzvü ilə gücləndi

İspaniyanın “Real Sosyedad” klubunun mərkəz yarımmüdafiəçisi Mikel Merino bundan sonra London “Arsenal”ının uğurları üçün çalışacaq.

Fanat.Az xəbər verir ki, məlumatı İngiltərə klubunun rəsmi saytı yayıb. 

Transfer London nəhənginə 32 milyon avroya başa gəlib. 28 yaşlı ispan futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Mikel Merino “Osasuna”nın yetirməsidir. O, 2016-2017-ci illərdə Dortmund “Borussiya”sında, 2017-2018-ci illərdə “Nyukasl”da da legioner həyatı yaşayıb. 2018-ci ildə ölkəsinə qayıtmış ispan yarımmüdafiəçi həmin vaxtdan bəri “Real Sosyedad”da çıxış edirdi. O, La Liqa təmsilçisinin heyətində 242 oyun keçirib, 27 qol vurub, 30 məhsuldar ötürmə müəllifi olub.

2020-ci ildən İspaniya yığmasında çıxış edən Merino ölkəsinin əsas komandasında 28 oyuna 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.  Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər