"Arsenal" hücum xəttini gücləndirir - İki futbolçuya 150 milyon avro

"Arsenal" hücum xəttini gücləndirir - İki futbolçuya 150 milyon avro

Hücum xəttini gücləndirməyi planlaşdıran "Arsenal"ın heyətinə qatmaq istədiyi futbolçuların adları açıqlanıb.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sky Sports" yayıb.

Xəbərə görə, "topçular" "Milan"ın 26 yaşlı hücumameyilli yarımmüdafiəçisi Teyani Reyndersi və "Nyukasl"ın 25 yaşlı forvardı Aleksander İsakı transfer etməyi hədəfləyiblər. Mənbə London klubunun Reyndersin klubuna 50, İsakınkına isə 100 milyon avro ödəyə biləcəyini vurğulayıb.

Cari mövsüm Reynders bütün turnirlərdə 17 matça çıxıb. Bu qarşılaşmalarda 6 qol vuran niderlandlı futbolçu 3 məhsuldar ötürmə ilə də yadda qalıb. 13 qarşılaşmada oynayan İsak isə 5 qol və məhsuldar ötürmə müəllifi olub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər