"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

"Arsenal" gənc ulduz üçün rəsmi təklif etdi

İngiltərə Premyer Liqasının iddialı klublarından olan "Arsenal" gələcəyə investisiya etmək məqsədilə transfer bazarına daxil olub.

Fanat.Az xəbər verir ki, "topçular" "Lester Siti"nin 16 yaşlı vingeri Ceremi Monqa üçün klubuna 5 milyon funt-sterlinq dəyərində rəsmi təklif göndərib.

Lakin "tülkülər" bu təklifi dərhal rədd ediblər.

Bildirilir ki, "Lester" hələ 15 yaşında ikən Premyer Liqada 7 oyuna çıxmağı bacaran gənc istedad üçün minimum 10 milyon funt-sterlinq nağd pul və növbəti satışdan 15% pay tələb edir

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər