Londonun "Arsenal" klubunun hücumçusu Eddi Nketia karyerasını İngiltərə Premyer Liqasının başqa təmsilçisində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Nottingem Forest" 25 yaşlı ingilis forvardın transferi ilə bağlı "topçular"la razılığa gəldi. “Arsenal” oyunçusunun transferindən 30-35 milyon avro qazanacaq.
Eddi Nketia “Arsenal”ın heyətində 168 oyuna çıxıb. O, bu görüşlərdə 38 qol vurub və 7 məhsuldar ötürmə edib. Keçən mövsüm isə londonluların heyətində bütün yarışlarda 37 oyunda iştirak edən ingilis 6 qol vurub, 3 məhsuldar ötürmə ilə yadda qalıb. Eddi İngiltərə millisində 1 oyun keçirib. Forvard Avstraliya ilə yoldaşlıq görüşündə (1:0) meydana çıxıb.
Mirağa