"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

"Arsenal" Deklan Raysın köməyi ilə Premyer Liqa ulduzunu gətirir

Londonun "Arsenal" klubu yay transfer pəncərəsində heyətini yeni bir istedadla gücləndirməyi planlaşdırır.

Fanat.Az "Mirror Football" nəşrinə istinadən xəbər verir ki, "topçular" "Aston Villa"nın 23 yaşlı yarımmüdafiəçisi Morqan Rocersin transferində maraqlıdır.

London təmsilçisi gənc oyunçunu komandaya cəlb etmək üçün İngiltərə millisinin heyətində çıxış edən Deklan Raysın nüfuzundan istifadə etmək niyyətindədir.

Raysın milli komandadakı münasibətlərinin bu transferdə əsas rol oynayacağı gözlənilir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər