"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

"Arsenal" Danimarka millisinin üzvünü transfer etdi - RƏSMİ

London "Arsenal"ı yeni yarımmüdafiəçi transfer edib.

Fanat.Az xəbər verir ki, məlumatı "topçular"ın rəsmi saytı yayıb.

"Qırmızı-ağlar" Danimarka millisinin və "Brentford"un 31 yaşlı futbolçusu Kristian Nörqoru heyətə qatıblar. Keçidin detalları ictimaiyyətə açıqlanmayıb.

2019-cu ildən "Brentford"un şərəfini qoruyan Nörqor sabiq klubunun forması ilə bütün turnirlərdə 196 matça çıxaraq 13 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.

"Arsenal" geridə qalan mövsümdə 38 matça 74 xal toplayaraq İngiltərə Premyer Liqasında 2-ci yeri tutub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər