"Arsenal" 80 milyonluq ulduzun ardınca düşdü

"Arsenal" 80 milyonluq ulduzun ardınca düşdü

Londonun "Arsenal" klubu yay transfer pəncərəsində yarımmüdafiə xəttini gücləndirmək üçün hərəkətə keçib.

Fanat.Az tanınmış insayder Aleks Kruka istinadən xəbər verir ki, "topçular" "Bornmut"un gənc ulduzu Aleks Skottun transferini ciddi şəkildə nəzərdən keçirir.

Baş məşqçi Mikel Artetanın heyətdə görmək istədiyi 22 yaşlı futbolçu möhtəşəm mövsümdən sonra klubun əsas hədəfinə çevrilib.

Lakin gənc istedadı buraxmaq niyyətində olmayan "Bornmut" rəhbərliyi onun dəyərini təxminən 80 milyon funt-sterlinq olaraq müəyyənləşdirib.

Qeyd edək ki, gənc yarımmüdafiəçinin transfer yarışında "Mançester Yunayted" və "Liverpul" klubları da yaxından iştirak edir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər