"Arsenal" 55 il öncəki rekordunu təkrarladı

"Arsenal" 55 il öncəki rekordunu təkrarladı

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda heç-heçə etdiyi (1:1) "Atletiko Madrid"i bu gecə Londonda  baş tutan cavab qarşılaşmasında 1:0 hesabı ilə məğlub edən və 20 illik həsrətə son qoyaraq finala yüksələn "Arsenal" 55 il əvvəlki rekordunu təkrarlayıb.

Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, London komandası cari mövsümdə 41-ci qələbəsini qazanıb. 

XXI əsrdə ən yaxşı nəticəsinə imza atan "topçular" şəxsi rekordunu da təkrarlayıb. Belə ki, "qırmızı-ağlar" 1970/1971 mövsümündə də 41 qalibiyyət əldə edib. Sözügedən kollektiv həmin vaxt FA Kubokunu qazanıb.

Xatırladaq ki, 35 oyuna 76 xal "Arsenal" hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlinə başçılıq edir.

Toğrul

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər