"Arsenal" 20 il öncəki uğurunu təkrarladı

"Arsenal" 20 il öncəki uğurunu təkrarladı

London "Arsenal"ı UEFA Çempionlar Liqasında 2005/2006 mövsümündəki uğurunu təkrarlayıb.

Fanat.Az "Opta"ya istinadən xəbər verir ki, "topçular" 20 ildən sonra ilk dəfə turnirdə keçirdiyi ilk 5 matçda qələbə qazanıblar.

Ötən gün "Bavariya"nı (Almaniya, 3:1) məğlub edən "Topçular" əvvəlki turlarda "Atletik"dən (İspaniya, 2:0), "Olimpiakos" (Yunanıstan, 2:0), "Atletiko"dan (İspaniya, 4:0) və "Slaviya"dan (Çexiya, 3:0) üstün olublar.

2005/2006 mövsümündə komanda UEFA Çempionlar Liqasının finalına qədər irəliləsə də, həlledici görüşdə "Barselona"ya (İspaniya, 1:2) uduzub.

Qeyd edək ki, İngiltərə klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində keçirdiyi 5 matçdan 15 xalla turnir cədvəlinə liderlik edir. "Arsenal" bu mövsüm Liqa mərhələsində keçirdiyi beş matçın hər birində qələbə qazanan yeganə komandadır. Mikel Artetanın baş məşqçisi olduğu komandası VI turda səfərdə "Brügge" ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər