"Arsenal" 18 yaşlı hücumçusu ilə bağlı qərarını qətiləşdirdi

"Arsenal" 18 yaşlı hücumçusu ilə bağlı qərarını qətiləşdirdi

"Arsenal" 18 yaşlı hücumçusu İtan Nvaneri ilə bağlı qərarını qətiləşdirib.

Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.

Məlumata görə, "topçular" gənc forvardla müqavilə yeniləyəcəklər. Mənbə İtanın özünün də London təmsilçisində qalmaq və daha çox oynamaq üçün səylə çalışmaq istədiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Nvaneri son mövsümdə İngiltərə Premyer Liqasında 26 matça çıxaraq 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Eləcə də o, UEFA Çempionlar Liqasında 7 görüşdə iştirak edərək 2, İngiltərə Liqa Kubokunda isə 4 oyuna 3 qol vurub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər