"Araz-Naxçıvan"ın rəqibindən növbəti darmadağın

"Araz-Naxçıvan"ın rəqibindən növbəti darmadağın

UEFA Çempionlar Liqasında “Araz-Naxçıvan”ın rəqibi olan “Benfika” Portuqaliya çempionatında növbəti matçını keçirib. 

Fanat.Az xəbər verir ki, Lissabon təmsilçisi “Torreense”ni 6:0 hesabı ilə üstələyib. 

Dieqo Nunes dubl edib, digər qolları Jakare, Lusio Roşa, Kutçy və Tçuda vurublar.

Rəqibimiz 11 oyundan maksimum nəticə - 33 xal toplayıb və turnir cədvəlinə başçılıq edir.

Qeyd edək ki, “Benfika” noyabrın 24-də Bakıda “Araz-Naxçıvan”ı 9:0 hesabı ilə məğlub edib. Bu komandalar arasında cavab oyunu dekabrın 5-də Lissabonda keçiriləcək.  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər