Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışını davam etdirən “Araz-Naxçıvan”ın yoxlama oyunları ilə bağlı planında dəyişiklik edilib.
Fanat.Az xəbər verir ki, Naxçıvan təmsilçisi daha bir sınaq matçı keçirməyi qərara alıb.
Beləliklə, Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv bu gün daha bir oyunda qüvvəsini sınayacaq. “Qırmızı-ağlar” Bakı vaxtı ilə saat 18:30-da Super Liqa təmsilçisi “Konyaspor”la qarşılaşacaq.
Qeyd edək ki, komanda toplanışı iyulun 17-də “Trabzonspor”la keçirəcəyi oyunla yekunlaşdıracaq.
"Araz-Naxçıvan" bundan əvvəl, iyulun 9-da baş tutan ilk yoxlama oyununda yerli "Bayburtspor"la qarşılaşıb və 14:0 hesabı ilə qələbə qazanıb. 11 iyulda isə Türkiyə Super Liqa təmsilçisi "Alanyaspor"la görüşdə qolsuz heç-heçə (0:0) qeydə alınıb.